Paşinyana Rusiyadan təhlükəli TAPŞIRIQ

13:03 - 29 İyun 2023

Paşinyana Rusiyadan təhlükəli TAPŞIRIQ

Ermənistan qanına susayıb. Son hadisələrə əsasən belə düşünə bilərik. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının Vaşinqton formatı yaxınlaşdıqca təxribatları intensivlədirən erməni tərəfi üçtərəfli görüşlərin davam etdiyi ərəfədə də sakit durmaq barədə düşünmür.

Qarabağda eskalasiya riski olduqca yüksəkdir və istənilən an güclü silahlı qarşıdurmaya şahid ola bilərik. Necə ki, ötən gecə baş verdi. Bölgədəki qanunsuz silahlı birləşmələrin mövcudluğu təkcə sülh prosesinə yox, Azərbaycanın milli təhlükəsizliyinin strateji əsaslarına xələl gətirir. Elə dünənki təxribat zamanı ermənilərin məqsədi yenə də eyni idi. Belə ki, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Azərbaycan Ordusu Qarabağda əsgərinin yaralanmasından sonra erməni separatçılara qarşı növbəti qisas əməliyyatını keçirib. Bu əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib.

Erməni tərəfinin bu təxribatının məhz Vaşinqton görüşü zamanı baş verməsinin bir neçə səbəbi var: - Azərbaycanı sülh danışılqarının getdiyi bir vaxtda Vaşinqtonun təzyiqi ilə üz-üzə qoymaq - Beynəlxalq ictimaiyyətə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya məsələsinin qeyri-mümkün olduğunu göstərməyə cəhd - Rusiya sülhməramlıları ilə Azərbaycan arasındakı narazılığı artırıb, Vaşinqtonun ardınca Moskvanı da Bakıya təzyiq göstərməyə çalışmaq - Belə bir gərginlik fonunda sülh danışıqları aparmağın faydasız olduğu görüntüsü yaratmaqla, prosesi dalana dirəyərək, yenidən vaxt qazanmaq Separatçıların qondarma rəhbəri Araik Arutyunyanın Rusiya sülhməramlı kontingenti vasitəsi ilə Ordumuzun “Qisas" əməliyyatına görə Vaşinqton danışıqlarının dayandırılması üçün Ermənistan XİN-nə müraciəti bu deyilənləri növbəti dəfə təsdiq edir.

Təxribat kimin başının altından çıxdı? Qarabağdakı təxribatların arxasında Vaşinqton prosesinin pozulmasında əsas maraqlı tərəf olan Rusiyanın olduğu istisna edilmir. Əslində Vaşinqton görüşünün dəqiq tarixinin məlum olması Ermənistan və onun hamilərinə imkan verdi ki, hazırlıqların görsünlər.

Ötən gün Paşinyanın Bakının “Qisas” əməliyyatı haqda dedikləri, “beynəlxalq ictimaiyyəti Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyini” qorumağa çağırması” bir daha rəsmi İrəvanın "ayı"ya dayı deməsinə isti yanaşdığını təsdiq edir. Aydın məsələdir ki, Azərbaycanın sülh prosesi təkliflərinə uzun müddət laqeyd yanaşan və bir sıra əsassız iddiaları ilə hal-hazırda prosesə maneçilik törədən Ermənistan tərəfi, bu təxribatlara əl atmaqla Vaşinqton görüşü ərəfəsində danışıqları pozmaq məqsədi güdür. Bu təxribatın məğzində İrəvanın Moskva ilə birgə Vaşinqtonun təşəbbüsünün pozulmasına hesablanmış addım dayandığı şübhə doğurmur.

Ermənistanın Moskva ilə birgə bu planını Bakı beynəlxalq ictimaiyyətə isbat edə bilsə, bu, Bakının suveren ərazisində əməliyyatları genişləndirmək üçün beynəlxalq dəstəyin artması ilə də nəticələnə bilər. Belə bir perspektivdə Rusiyanın proseslərə təsir edə biləcək səviyyədə müdaxilə imkanları da xeyli zəifləmiş olacaq. Dünənə kimi Ukrayna müharibəsinə görə başı qarışıq olan Kremlin indi problemlə daha çox başından aşıb-daşır. Bu da Bakıya imkan ayaracaq ki, Priqojinin "Vaqner"inin Rusiya üçün inqilab təhlükəsinin tam sovuşmadığı Rusiya üçün rəsmi Moskva öz bölgəsinə daha artıq vaxt ayırsın ki, bu da Azərbaycan üçün əlavə imkanlar yaratmış olacaq. Xüsusilə də Xankəndidəki separatçı qurumun qondarma parlamentinin "spikeri" Artur Tovmasyanın Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb və olmayacaq, bu məsələ ilə bağlı hər hansı müzakirə bizim üçün qəbuledilməzdir. Bu, bizim qırmızı xəttimizdir, onu heç kimin pozmağa haqqı yoxdur. Hər kəs başa düşməlidir ki, "ölkə"mizin Azərbaycana qoşulması Qarabağın erməni əhalisinin azalmasına və məhvinə gətirib çıxaracaq.

Xalqımızın təhlükəsiz və tam yaşamaq hüququ təhlükə altındadır. Təəssüf ki, bütün bunlar beynəlxalq ictimaiyyətin susqun razılığı ilə baş verir", - kimi fikirləri bir daha Azərbaycana separatçıların kökünü kəsmək, ərazi iddiaları, Azərbaycan ərazisində qondarma "dövlət" arzularını birdəfəlik dəfn etmək üçün yekun əməliyyat əmrinin verilməsini daha da aktuallaşdırır. Nəzərə alsaq ki, məlumatlar dolaşır ki, separatçılar Qarabağda yeni təxribata hazırlaşırlar, o zaman "Qisas" əmıliyyatının davamının gələcəyini düşünmək olar. Beləcə, Azərbaycan belə bir təhlükə ilə üz*üzə qalacağı təqdirdə Ordumuz zəruri və effektiv müdafiə qabiliyyətinin təmini prinsipindən çıxış edərək həmin silahlı dəstələri zərərsizləşdirmək hüququna malik olduğunu dünənki qisas əməliyyatında olduğu kimi bu dəfə də çox aydın nümayiş etdirə bilər.

Bu isə Azərbaycanın Qarabağdakı dəstələrə qarşı anti-terror əməliyyatları keçirərək separatçı məsələsinə nöqtə qoyub, prosesi növbəti mərhələyə keçirmək məqamını hər ötən gün, saat daha çox yaxınlaşdığına bir işarədir. Bİr daha qeyd etmək yerinə düşər ki, Qarabağda terror fəaliyyətinin fəallaşmasının Vaşinqtonda keçiriləcək növbəti danışıqlar raundu ilə birbaşa bağlı olduğuna dair zərrə qədər də şübhə yoxdur.

Moskva qəti şəkildə Bakı ilə İrəvan arasında sülhün imzalanmasına, xüsusilə də bunun Amerikanın dəstəyi ilə reallaşmasına imkan vermək istəmir. Hesab edirik ki, məhz qanunsuz rejimin terrorçularının mövqelərinə sursat və yanacaqların vaxtında çatdırılmasını təmin edən Rusiya tərəfi onları özləri üçün intihara bərabər olacaq addımlara sövq edir. Maraqlıdır ki, separatçı rejimin ambisiyalarının siyasi cəhətdən alovlandırılmasında Moskvaya Natali Luazo kimi satılmış avropalı siyasətçilər kömək edirlər. Onlar Laçın yolunun girəcəyinə səfərlər edir və separatçılara dəstəklərini ifadə edirlər. Qərb bəzi siyasətçilərinin kimin gündəmi üzərində işlədiklərini nəzərdən keçirməlidir. Əgər nəzərdən keçirməsə, diplomatlarını ayağına bağlamağı bacarmasa, nə bu gün müdafiə etməyə çalışdıqları Ermənistandan əsər qala bilər, nə də onların bölgədəki maraqlarından. Ermənistan və onun yenə də maliyyələşdirməkdən çəkinmədiyi qondarma rejim qalıqları təxribatlarına davam edərsə, ötən gecəki qisas əməliyyatı budəfəkinin yanında toya getməli olacaq.

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az