Makron təcili Fransaya qayıtdı

14:34 - 30 İyun 2023

Makron təcili Fransaya qayıtdı

Fransa Prezidenti Emmanuel Makron Brüsseldə keçirilən Aİ Şurasının iclasını yarımçıq tərk edib.

Manset.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, o, Parisə qayıtmaq üçün sammitin ikinci və son gününə planlaşdırılan media konfransını ləğv edib.

Fransa Prezidentinin hökumət kabinetinin fövqəladə iclasında iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, ölkədə 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra baş verən etiraz aksiyalarında 600-dan çox şəxs saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az