"Zelenski ilə Ərdoğan arasında görüş baş tutacaq" - Peskov

17:16 - 07 İyul 2023

\"Zelenski ilə Ərdoğan arasında görüş baş tutacaq\" - Peskov

"Rusiya R.T.Ərdoğanla Volodimir Zelenskinin bu gün baş tutacaq görüşünü diqqətlə izləyəcək".

 

Manset.az xarici mediaya istinadla bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş mümkündür.

D.Peskovun sözlərinə görə, Putinlə Ərdoğanın ehtimal edilən görüşünün dəqiq tarixi məlum deyil.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyeyə gəlir.

Səfər çərçivəsində Ərdoğan və Zelenski İstanbulda təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçirəcək.

V.Zelenski və R.T.Ərdoğan Ukrayna müharibəsi ilə bağlı son durumu və “Taxıl sazişi”ni müzakirə edəcəklər.

 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az