Nazir Prezidentə təşəkkür etdi

20:26 - 08 İyul 2023

Nazir Prezidentə təşəkkür etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi ilə əlaqədar Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan diplomatiyasının rəhbəri tviterdə qeyd edib.

"Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Bu diqqət və etimada görə cənab Prezidentə minnətdarıq!".

Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının bir sıra əməkdaşlarına diplomatik rütbələr verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az