Türkiyə Özbəkistandakı seçkidən razılıq etdi

16:37 - 10 İyul 2023

Türkiyə Özbəkistandakı seçkidən razılıq etdi

Türkiyə Özbəkistanda növbədənkənar prezident seçkilərinin sülh və əmin-amanlıq şəraitində uğurla keçməsindən məmnunluğunu bildirib.

 

Manset.az "trthaber"- ə istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyi Özbəkistanda iyulun 9-da keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı yazılı bəyanat verib.

Bəyanatda seçkinin sülh və əmin-amanlıq şəraitində uğurla keçməsindən məmnunluq ifadə olunub;

“Münasibətlərimizi Hərtərəfli Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltdiyimiz Özbəkistanın sabitliyinə və firavanlığına böyük əhəmiyyət veririk və nəticələrin dost və qardaş özbək xalqı üçün xeyirli olacağına ümid edirik”.

 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az