Bu şəxsin Suriyaya girişinə qadağa

09:22 - 11 İyul 2023

Bu şəxsin Suriyaya girişinə qadağa

 

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ Suriyaya səfər təşkil edəcəyini açıqlayıb. Özdağın səfəri ilə bağlı gözlənilməz bir hal yaşanıb. Ona Suriyaya girişinə qadağa qoyulub.

 

Manset.az-ın məlumatına görə, Özdağın ölkəyə daxil olmasına Suriya rəhbərliyinin icazə vermədiyi iddia edilib. Mövzu ilə bağlı açıqlama verən Özdağ "Suriyaya gedə bilmirəm" deyib. Türkiyə ilə Suriya arasında danışıqlar davam etdiyi müddətdə Zəfər Partiyasının başqanı Ümit Özdağın bu çıxışı gündəm olub.

Partiyasının sözçüsü Əli Şəhirlioğlu isə bu barədə dəqiq məlumatı olmadığını ifadə edərək, viza problemi ilə əlaqədar ola biləcəyini deyib.

Bir müddət əvvəl, Suriyaya gedəcəyini söyləyən Özdağ: "İyulun ikinci həftəsində 4 nəfər Dəməşqi ziyarət edəcək. Suriyanın paytaxtı Şama gedirik. Lazım olan işlər görülüb. Bu gün passportlarımızı təqdim etdik. Həyat öz təbii axarına qayıdır. Maraqlı bir səfər olacaq" demişdi.

 

 Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az