Küveytdən İsveçdə paylanması üçün 100 min nüsxə Quran

16:19 - 11 İyul 2023

Küveytdən İsveçdə paylanması üçün 100 min nüsxə Quran

Küveyt hökuməti belə bir hərəkət nümayiş etdirdi: İsveçdə paylanması üçün 100 min nüsxə Qurani-Kərimin isveç dilində çap edilməsinə qərar verib.

 

Manset.az bildirir ki, “KUNA” rəsmi xəbər agentliyinin yazdığına görə, Nazirlər Şurası həftəlik iclasında İslamın tolerant din olduğunu isveç xalqına göstərmək üçün bu ölkədə Qurani-Kərimin yayılmasını təsdiqlədi. Baş nazir Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahın göstərişinə əsasən, isveç dilində 100 min Qurani-Kərim nəşr olunacaq. Küveyt Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə İsveçdə Qurani-Kərimlərin sevgi və tolerantlıq mühitində paylanacağı vurğulanan xəbərdə bu işin dəyər və prinsiplər haqqında müsbət mesaj verəcəyi ifadə edilib.

İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika iyunun 28-də məscidin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb. Hadisə beynəlxalq aləmdə, xüsusilə Türkiyədə böyük reaksiya ilə qarşılanıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az