Böyük Britaniya yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya döyüş maşınları və “Challenger 2” tankları üçün minlərlə mərmi verəcək.
Manşet.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Rişi Sunakın ofisi məlumat yayıb. Məlumata görə, uzunmüddətli ikitərəfli təhlükəsizlik paktı üzərində işləməkdən əlavə, Böyük Britaniya Ukraynaya 70-dən çox döyüş və köməkçi maşın tədarük edəcək. Bundan əlavə, London Böyük Britaniyanın əvvəllər tədarük etdiyi hərbi texnikanın təmiri üçün 50 milyon funt sterlinq (65 milyon dollar) ayıracaq. Bununla yanaşı, NATO-nun himayəsi ilə Böyük Britaniyada Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin reabilitasiyası üçün tibb mərkəzi yaradılacaq.
Manşet.az