Türkiyə İsveçlə bağlı qərar verəcək

12:04 - 12 İyul 2023

Türkiyə İsveçlə bağlı qərar verəcək

İsveçin NATO-ya üzvlük protokolu Türkiyə Böyük Millət Məclisinə (TBMM) bu həftə göndəriləcək, müzakirələr isə payız sessiyasında olacaq.

 

Manset.az  “Yeni Safak” qəzetinə istinadla məlumat verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası İsveçlə əldə etdiyi saziş əsasında NATO-ya üzvlüklə bağlı protokolu parlamentə göndərmək barədə qərar qəbul edib.

Lakin TBMM iyulun 15-də yay tətilinə çıxacağı üçün ratifikasiya məsələsinə oktyabrın 1-də başlayacaq yeni qanunverici ildə baxılacaq. Əgər İsveç həmin vaxta qədər Vilnüs protokolunun öhdəliklərini icra etməsə, sənəd təsdiq edilməyəcək.

İsveç Vilnüsdəki sammitdə üzərinə PKK və FETÖ kimi terror təşkilatlarına dəstək verməmək, Avropa İttifaqına üzv olmaqda Türkiyəyə yardım göstərmək, Aİ ilə vizasız rejim təqdim edilməsi və sanksiyaların aradan qaldırılması üçün Ankaraya lobbiçilik etmək öhdəliyi götürüb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az