İsrailin Müdafiə naziri Yoav Qalant strateji əlaqələrin, regional sabitliyin və hərbi sənaye sahəsində əməkdaşlığının gücləndirilməsi məqsədilə Azərbaycana səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Nümayəndə heyətinin iyulun 12-də axşam Bakıya gələcəyi gözlənilir.
İyulun 14-dək davam edəcək səfər çərçivəsində israilli nazirin Azərbaycan Prezidenti İlham Əliyev, o cümlədən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin digər yüksək rütbəli nümayəndələri ilə görüşü gözlənilir.
İsrail mətbuatı qeyd edir ki, Qalantın səfəri İsrail və Azərbaycan arasında diplomatiya, təhlükəsizlik və texnologiya sahəsində strateji əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlib.