Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq bu gün hərbi blokun Vilnüs şəhərində keçirilən sammitində Ukrayna-NATO Şurasının ilk iclasının açılışını edib.
Manset.az xarici mətbuata istinadla xəbər verir ki, şuranın iclasında Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib.
“Bu, tarixi bir məqamdır. Ukrayna və NATO ölkələri Avro-Atlantik təhlükəsizliyinə ümumi baxışı müzakirə etmək üçün yanaşı oturublar”, - Yens Stoltenberq qısa açılış nitqində bildirib. O, həmçinin, Volodimir Zelenskiyə Ukrayna torpaqlarını azad etmək və gələcəkdə Rusiyanın təcavüzünün qarşısını almaq üçün hərbi dəstəyi genişləndirməyi vəd edib. Bundan sonra Ukrayna-NATO Şurasının iclasının qapıları mətbuat üçün bağlanıb. Hazırda iclas qapalı rejimdə davam edir.