NATO-ya üzv olmaq üçün Ukraynaya "Baltik modeli" təklif edildi

09:53 - 13 İyul 2023

NATO-ya üzv olmaq üçün Ukraynaya \"Baltik modeli\" təklif edildi

Şimali Avropa ölkələri Ukraynanın gələcəkdə Avroatlantik məkana inteqrasiyası üçün “Baltik modeli”ni tətbiq etmək təklifi ilə çıxış ediblər.

 

Manset.az  "BBC News"- un yazdığına istinadla bildirir ki, belə təklif ilə Danimarka, Estoniya, Finlandiya, Norveç və İslandiya xarici işlər nazirləri, Latviya və İsveç baş nazirləri, eləcə də, Litvanın xarici işlər naziri çıxış ediblər.

Onların təkliflərinə görə, Ukrayna NATO-ya üzv olmaq üçün Baltik ölkələrinin zəngin təcrübəsi və qərarlarından faydalana bilər.  Bu istiqamətdə Ukraynaya zəruri yardımın göstərilməsi də gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az