Özbəkistanda iyulun 9-da keçirilən növbədənkənar prezident seçkilərində qələbə qazanan Şavkat Mirziyoyevin inauqurasiya mərasimi iyulun 14-nə təyin olunub.
Manset.az bildirir ki, bu barədə Özbəkistan Senatının (parlamentin yuxarı palatası) mətbuat xidməti məlumat yayıb.
“Parlamentin yuxarı və aşağı palatası hazırkı Prezident Şavkat Mirziyoyevin inauqurasiya mərasiminin iyulun 14-nə təyin olunması barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilir.