Ərdoğandan Litva səfəri sonrası İsveçin NATO-ya üzvlüyünə dair açıqlama

16:24 - 13 İyul 2023

Ərdoğandan Litva səfəri sonrası İsveçin NATO-ya üzvlüyünə dair açıqlama

Litvada keçirilən NATO sammitindən sonra Türkiyeyə qayıdan prezident Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

 

 Manset.az “trthaber"-ə istinadla bildirir ki,  Ərdoğan Litvaya səfərlərini uğurla başa vurduqlarını bildirib:

O, "Səylərimiz nəticəsində alyans tarixində ilk dəfə olaraq Terrorla Mübarizə üzrə Xüsusi Koordinatorun təyin edilməsi qərarı açıqlandı” deyib

 İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin prinsipial mövqeyinin ilk gündən özünü büruzə verdiyini ifadə edən Ərdoğan fikirlərini bu cür ifadə edib:

"Onlara dediyimiz kimi, İsveçin üzvlük protokollarını təsdiq edəcək orqan Türkiye Böyük Millət Məclisidir. Hazırda bir proses gedir. Məclisimiz atılan addımları izləyəcək və dövlətimizin maraqlarına uyğun olaraq düzgün qərar verəcək". Sammit çərçivəsində bir çox dövlət və hökumət başçıları ilə görüşlər keçirdiyini xatırladan Ərdoğan onu da deyib ki, Avropa İttifaqına üzvlük prosesimizin canlandırılması ilə bağlı müsbət rəy var. Türkiye hər zaman verdiyi vədlərə əməl edir. Qazan-qazan prinsipi ilə aparılan danışıqların hiss olunan nəticələrini tez bir zamanda görmək istəyirik. Verilən vədlərlə bağlı konkret addımlar ilk növbədə sözügedən ölkələrdə terror təşkilatlarının fəaliyyətinin dayandırılması və terrorçuların ekstradisiya edilməsidir. Avropa İttifaqından görəcəyimiz müsbət işlər nəticəsində verdiyimiz vədləri reallaşdırmaq üçün işə başlayacağıq. Prezident Ərdoğan ABŞ prezidenti Co Baydenlə görüşünə də toxunaraq, Bayden və administrasiyasının F-16 döyüş təyyarələrinin Türkiyeyə satışı ilə bağlı müsbət mövqe tutduğunu, türk nazirlərin də həmkarları ilə görüşərək prosesin Türkiyenin lehinə olmasını temin edəcəklərini vurğulayıb. Ərdoğan qeyri-qanuni miqrasiya ilə mübarizə ilə bağlı sualı cavablandırarkən, Türkiyenin bu mövzuda mübarizəsinin heç vaxt dayanmadığını və dayanmayacağını deyib. Vətəndaşlarımız qanunsuz mühacirlər məsələsində müəyyən dəyişiklikləri yaxın zamanda görülən işlərlə hiss edəcəklər” Ərdoğan heç bir insanın ləyaqətinə zidd işlərin aparılmayacağının vurğulayıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az