"Azərbaycana səfərim qısa və uğurlu oldu" - İsrailin müdafiə naziri

09:48 - 14 İyul 2023

\"Azərbaycana səfərim qısa və uğurlu oldu\" - İsrailin müdafiə naziri

İsrailin müdafiə naziri Yoav Qallant Bakının Dənizkənarı Bulvarından paylaşım edib.

Manset.az  xəbər verir ki, o, bulvarda səhər qaçışına çıxıb.

“Bakıdan sabahınız xeyir”, - nazir tviterdə yazıb.

Y.Qallant Azərbaycana səfərinin qısa və uğurlu olduğunu bildirib.

Qeyd edək ki, Y.Qallant Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olub. O, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə görüşüb.

Görüşlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az