Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd etdi

21:47 - 14 İyul 2023

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını rədd etdi

Beynəlxalq Ədalət Məhkəməsi iyulun 6-da qəbul etdiyi qərarla Ermənistanın Azərbaycana qarşı iddiasını rədd edib.

Manset.az xəbər verir ki, bu barədə məhkəmənin saytı bu gün məlumat yayıb.

 

Qərarla Ermənistanın Azərbaycana qarşı 22 fevral 2023-cü il tarixli iddiası rədd edilib.

Daha əvvəl Beynəlxalq Ədalət Məhkəməsinin 11 iyul 2023-cü il tarixində dərc edilmiş 6 iyul 2023-cü il tarixli qərarında qeyd edildiyi kimi, məhkəmə İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə 22 fevral 2023-cü il tarixli Qərarında dəyişiklik edilməsi məqsədilə Ermənistanın 12 may 2023-cü il tarixli tələbini yekdilliklə rədd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az