Brüsseldəki görüş çox məhsuldar keçib - Mişel

19:48 - 15 İyul 2023

Brüsseldəki görüş çox məhsuldar keçib - Mişel

"Bugünkü görüş çox məhsuldar keçib”.

 

Manset.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra deyib.

“Biz altıncı görüşü yenicə başa vurduq. Bu, çox məhsuldar oldu. Biz səylərimizdə çox mühüm dövr keçirik”, - S.Mişel bildirib.

Onun sözlərinə görə, görüş zamanı iki ölkə liderləri 1991-ci il “Almatı Bəyannaməsi”nə, eləcə də ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini təsdiqləyiblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az