Prezident Dağıstan rəhbərinə də başsağlığı verdi

12:19 - 15 Avqust 2023

Prezident Dağıstan rəhbərinə də başsağlığı verdi

Azərbaycan Prezident İlham Əliyev Dağıstan rəhbəri Sergey Məlikova başsağlığı verib.

 

Manset.az xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli Sergey Alimoviç,

Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni son dərəcədə kədərləndirdi.

Ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara şəfa diləyirəm”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az