“Bəzi hərbi qruplar müqaviməti davam etdirəcəklərini bildirirlər” - Hikmət Hacıyev

12:17 - 22 Sentyabr 2023

“Bəzi hərbi qruplar müqaviməti davam etdirəcəklərini bildirirlər” - Hikmət Hacıyev

“Qarabağda olan bəzi hərbi dəstələr müqaviməti davam etdirəcəklərini bildirirlər”.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə müsahibəsində deyib.

H.Hacıyev bir daha rəsmi Bakının mövqeyini ifadə edib.

O qeyd edib ki, Azərbaycan silahlarını təslim edən Qarabağdakı erməni döyüşçülərə amnistiya nəzərdə tutur.

“Hazırda biz görürük ki, bəzi ayrı-ayrı hərbi qruplar bizimlə razılaşmayacaqlarını və müqaviməti davam etdirəcəklərini açıq şəkildə bəyan edirlər”, - deyə H.Hacıyev əlavə edib.

Hikmət Hacıyev xatırladıb ki, sentyabrın 22-də Azərbaycan Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərib.

“Azərbaycan Qarabağ ermənilərinin sülh yolu ilə reinteqrasiyasını istəyir”, - Hikmət Hacıyev vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az