Hikmət Hacıyev Azərbaycan hökumətinin göndərdiyi yardımla bağlı rəqəmləri açıqladı - FOTO

10:32 - 29 Sentyabr 2023

Hikmət Hacıyev Azərbaycan hökumətinin göndərdiyi yardımla bağlı rəqəmləri açıqladı - FOTO

Azərbaycan hökuməti Qarabağ bölgəsinin erməni sakinlərinin humanitar ehtiyaclarına dərhal reaksiya verib.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də paylaşım edib və humanitar yardımla bağlı statistik məlumatlarla dair "taymlayn" təqdim edib.

"Azərbaycan hökumətinin Qarabağ bölgəsindəki erməni sakinlərin humanitar ehtiyaclarına dərhal reaksiyası rəqəmlərlə: ərzaq, yağ, dərmanlar, gigiyena vasitələri, təcili yardım maşınları, nəqliyyat vasitələri, yanğınsöndürən maşınlar və bir çox başqa şeylər", - deyə o paylaşımında bildirib.

Xatırladırıq ki, rəsmi Bakı Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan ermənilərin ehtiyaclarının ödənilməsi üçün bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirib və buna davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az