Şuşada TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının toplantısı yekunlaşıb - YENİLƏNDİ

22:20 - 31 Oktyabr 2023

Şuşada TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının toplantısı yekunlaşıb - YENİLƏNDİ

Şuşada keçirilən TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu iclası yekunlaşıb.

 

Manset.az xəbər verir ki, "Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, toplantı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileylərinə həsr olunub.

Müzakirələr zamanı ölkələrar arasında teatr sektoruna dair əməkdaşlıqların edilməsinin zəruruliyi vurğulanıb.

Müzakirələr bitdikdən sonra tərəflər toplantının "Yekun bəyannaməsi"ni imzalayıblar.

***18:33

Şuşada TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu iclası keçirilir.

Manset.az xəbər verir ki, Report-un  Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, toplantı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileylərinə həsr olunub.

İclasda TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərləri iştirak edir.

Toplantıdan öncə iştirakçıların Şuşa şəhərinə gəzintisi təşkil olunub.

İclasda türk dünyasının tanınmış teatr mütəxəssisləri, səhnə xadimləri qardaş ölkələrdə bu sahənin inkişaf məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, sabah Bakıda Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi olacaq. Festival noyabrın 4-dək davam edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az