Azərbaycanlı ailə Rusiyadan deportasiya olunur

21:27 - 02 Noyabr 2023

Azərbaycanlı ailə Rusiyadan deportasiya olunur

Azərbaycandan olan miqrant ailəsi Rusiyadan deportasiya olunur.

 

Manset.az  APA-ya istinadən bildirir ki, buna səbəb azərbaycanlı ailənin oğlunun məktəbdə dava salması olub.

İnsidentin Nijni Novqorodda baş verdiyi bildirilib. Polis sosial şəbəkələrdə 8-ci sinif şagirdinin məktəblini döydüyü videosu ilə bağlı araşdırma aparıb.

Daha sonra hüquq-mühafizə orqanları məktəblinin ailəsinin miqrasiya haqqında qanunu pozduğunu bildirib.

Nəticədə valideynlər cərimələnib, onlar barəsində miqrasiya qeydiyyatında olmayan övladları ilə birlikdə RF əraizisindən çıxma haqqında qərar qəbul olunub.

Azərbaycanlı ailə deportasiya olunmaq üçün Əcnəbilərin Müvəqqəti Saxlama Mərkəzinə yerləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az