Sülhməramlıların Şuşadakı müşahidə məntəqəsi bağlandı

21:21 - 03 Noyabr 2023

Sülhməramlıların Şuşadakı müşahidə məntəqəsi bağlandı

Rusiya sülhməramlıları son 24 saat ərzində Qarabağda daha bir müvəqqəti müşahidə məntəqəsini bağlayıb.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Müşahidə məntəqəsinin Şuşa rayonu ərazisində yerləşdiyi bildirilib.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az