Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycan və Ermənistan ətrafındakı son vəziyyət müzakirə olunacaq.
Manset.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yerləşdirilib.
İclas noyabrın 13-də keçiriləcək və toplantıya təşkilatın Xarici işlər və Təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel sədrlik edəcək.
Nazirlər iclasda Rusiya-Ukrayna münaqişəsini, Azərbaycan və Ermənistan ətrafındakı son hadisələri müzakirə edəcəklər.