Azərbaycan XİN Nepala başsağlığı verdi

13:52 - 04 Noyabr 2023

Azərbaycan XİN Nepala başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Nepala başsağlığı verib.

 

Manset.az xəbər verir ki, bu barədə qurumun "X" hesabında paylaşım edilib.

"Nepalda onlarla insanın öldüyü və yaralandığı güclü zəlzələ xəbəri bizi dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik. Bu çətin günlərdə Nepal xalqı və hökuməti ilə həmrəyik", - başsağlığında bildirilib.

Qeyd edək ki, ötən gecə Nepalda 6 maqnitudalı zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində 128 nəfər həlak olub, mindən çox insan yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az