Azərbaycanla Moldova arasında əməkdaşlıq gücləndiriləcək

17:11 - 18 Yanvar 2024

Azərbaycanla Moldova arasında əməkdaşlıq gücləndiriləcək

Azərbaycanın Moldova ilə iqtisadi əməkdaşlığının gücləndirilməsinin prioritet istiqamətlərinə energetika, ticarət və investisiyaların təşviqi daxildir.

 

Manset.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Dumitru Alaiba ilə müzakirələr aparılıb: “Keçirdiyimiz görüşdə birgə təşəbbüslərin artırılması və ölkələrimizin biznes dairələri arasında tərəfdaşlığın təşviqi imkanlarını dəyərləndirdik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az