Yol polisi hadisənin görüntülərini yayıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən piyada keçidindən velosipedlə keçmək qadağandır. Velosipedlə hərəkət edən şəxslər piyada keçidindən piyada keçməli və velosipedini yeriyərək daşımalıdır.
***
09:42
Bakıda avtomobil velosipedçini vuraraq öldürüb.
Manset.az xəbər verir ki, Yasamal rayonu Şərifzadə küçəsində 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu "BYD" markalı avtomobil ilə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub.
Nəticədə N. Vahabov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.