Bakıda həyat yoldaşı ilə mübahisə edən kişi evini yandırdı - Ölən var

09:16 - 01 Mart 2024

Bakıda həyat yoldaşı ilə mübahisə edən kişi evini yandırdı - Ölən var

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları yanıb.

 

Manset.az Fövqəladə Hallar Nazirliyinə istinadən (FHN) xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda fərdi yaşayış evində baş verən yanğının təfərrüatı məlum olub.

APA-nın məlumatına görə, hadisə qəsdən törədilib. Yaxınlarının bildirdiyinə görə, 1971-ci il təvəllüdlü Eyvaz Həsən oğlu Əkbərov yaşadığı evi yandırıb.

Səbəb isə onun həyat yoldaşı ilə mübahisə etməsi olub.

Nəticədə E.Əkbərov evdə yanaraq ölüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az