İkinci Fəxri xiyabanda 24 sentyabr 2023-cü il tarixində Ağdamda düşmən təxribatı nəticəsində şəhid olan polkovnik-leytenant Şadmanov Əkrəm Yunus oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.
Manset.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Şadmanov Əkrəm Yunus oğlu sağlığında “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və şəhadətindən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!