logo
logo logo
logo

Novruzda Bakıdan Naxçıvana uçmaq istəyənlərə AZAL-dan tövsiyə

17:17 - 04 Mart 2024

Novruzda Bakıdan Naxçıvana uçmaq istəyənlərə AZAL-dan tövsiyə

Novruz bayramında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu şəhərlər arasında səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.

 

Manset.az xəbər verir ki, aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Bununla əlaqədar olaraq aviaşirkət sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.

Zərurət yaranarsa, AZAL bayram günlərində bu marşrut üzrə uçuşların sayını artıracaq.

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Aviaşirkət www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən videotəlimat hazırlayıb. Videotəlimatla bu linkdən tanış ola bilərsiniz: https://youtu.be/9PiPTkNkBSU.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az