Azərbaycanda 4-cü sinif şagirdini maşın vurdu

14:24 - 14 Mart 2024

Azərbaycanda 4-cü sinif şagirdini maşın vurdu

Şirvan şəhərində orta məktəb şagirdini maşın vurub.

 

Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Şirvan şəhər 10 saylı tam orta məktəbin qarşısında baş verib.

Həmin məktəbin 4-cü sinif şagirdi, 2015-ci il təvəllüdlü S.P.-ni dərsdən çıxan zaman yolu keçərkən maşın vurub.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az