Deputat bəzi məmurları sərt tənqid etdi

11:58 - 15 Oktyabr 2021

Deputat bəzi məmurları sərt  tənqid etdi

“Azərbaycanın bu günlərdə Qarabağda müəyyən proseslərlə qarşılaşması gözlənilən idi. Bir öldürülən əsgərimizə, 10-20 erməni əsgərinin məhv edilməsi ilə cavab verilməlidir”.

Manset.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, elm sahəsində plagiat baş alıb gedir: “Bu sahədə ciddi işlər görülməlidir”.

Deputat son vaxtlar məmurlardan çoxlu şikayət aldığını bildirib: “Təzə gələn məmur hamıdan ərizələrini almağa başlayır. Kütləvi şəkildə öz adamlarımı yerləşdirim deyə savadlı kadrları işdən çıxarmaq yalnız Azərbaycanda var. Bunu aradan qaldırmaq lazımdır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az