Futbolçu məşq zamanı öldü

18:54 - 23 Mart 2024

Futbolçu məşq zamanı öldü

Boliviyanın "Real Santa Kruz" klubunun kolumbiyalı futbolçusu Gilyermo Beltran ölüb.

 

Manset.az İdman.Biz-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun vəziyyəti məşqdə pisləşib.

Klubun məşqindən əvvəl ürəyinin bulandığını, başının gicəlləndiyini deyən Beltran hazırlığın gedişində yerə yıxılıb. Hücumçu xəstəxanaya aparılarkən yolda vəfat edib.

Qeyd edək ki, Beltran bu mövsüm "Real Santa Kruz"da meydana çıxdığı 24 oyunda 1 qol və 3 asistlə yadda qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az