Yaxın 2 gündə hava tozlu olacaq

15:57 - 29 Mart 2024

Yaxın 2 gündə hava tozlu olacaq

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

 

Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova Manset.az-a bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.

Peyk görüntülərinə əsasən, tozlu hava şəraitinə səbəb cənub istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır.

Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az