“Pandemiyaya görə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi iqtisadi aktivliyin sürətli canlanmasına səbəb olub. Bunun nəticəsində elektrik enerjisinə tələbat artıb. Odur ki, qeyri-əhali sektorunda da topdan satış qiymətinin artması nəticəsində ölkədə tarif tənzimlənməsi həyata keçirilib”.
Manset.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib.
O bildirib ki, tariflərin dəyişdirilməsi ilə qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığının tədricən azalması nəzərdə tutulub. Bununla da büdcə vəsaiti sosialyönümlü tədbirlərə yönləndiriləcək. Digər tərəfdən, tarif tənzimlənməsi Azərbaycanda alternativ enerji istehsalına əlverişli şərait yaradacaq. Bu sektorun inkişafı təbii qaz sərfiyyatının, qaz əsaslı enerji istehlakının azalmasına səbəb olar, iqtisadiyyatda yeni xidmət sahələri inkişaf etdikcə, daha da ucuzlaşa biləcək alternativ mənbələr yarana bilər”.
“Azərenerji” ASC-yə verilən təbii qazın tariflərinin artırılması ilə əlaqədar elektrik enerjisi üçün topdan və pərakəndə tariflərin tənzimlənməsi zərurəti yaranıb. Elektrik enerjisinin topdan satışının tarifinin artırılması nəticəsində “Azərişıq” üzrə yaranan əlavə xərclər bütün istehlakçılar üzrə paylanıb. Yəni əhali, sənaye, nəqliyyat, kənd təsərrüfatı, ticarət və xidmət üzrə bölüşdürülüb. Əvvəlki tarif əhali üçün güzəştli idi, yəni 300 kilovat/saata qədər 7 qəpik, 300 kilovat/saatdan yuxarı isə 11 qəpik təşkil edirdi. Diferensial tarif sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini hazırda da qoruyub saxlamış olur. Belə ki, istehlak səbətində bir nəfərin aylıq istehlakı 50 kilovat/saatdırsa, orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alınanda güzəştli tariflər aylıq istehlakın 200 kilovat/saatına tətbiq ediləcək. Yəni, 200 kilovat/saata qədər yenə də güzəşt tətbiq olunur, 7 qəpikdən 8 qəpiyə qalxır, 200 kilovat/saatla 300 kilovat/saat arasında istifadə edən abonentlərin tarif qiyməti 9 qəpikdir, 300 kilovat/saatdan çox istifadə edən abonentlərin isə tarif qiyməti 1 kilovat/saat üçün 13 qəpik müəyyənləşib. Ayrıca qeyri-əhali abonentləri iki kateqoriyaya ayrılıb: ticarət, xidmət və digər. Ticarət və xidmət abonentlərinin tarifi 9 qəpikdən 11 qəpiyə, digər bütün qeyri-əhali abonentlərin tarifi isə bir qəpik artırılaraq 9 qəpikdən 10 qəpiyə qalxıb”.
V.Nəbibəyli qeyd edib ki, elektrik enerjisi üzrə mövcud tariflər 2016-cı il dekabrın 1-dən tətbiq olunub. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və abonentlərin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq məqsədilə enerjinin tarif tənzimlənməsi qaçınılmaz idi. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehlakı üçün istifadə olunan xammalın 50 faizdən çoxunu təbii qaz təşkil edir. Təbii qazın qiymətinin artmağı elektrik enerjisi üçün topdan satış qiymətinin də artırılmasına zərurət yaratdı. “Azərenerji” ASC-dən alınan topdan satış elektrik enerjisinin qiyməti 5,7 qəpikdən 6,6 qəpiyə artırılaraq belə bir müəyyənləşmə aparıldı.
“Azərişıq”dan elektrik enerjisinin qiymətilə bağlı AÇIQLAMA
20:48 - 16 Oktyabr 2021
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
15 Noyabr 2026 - 13:30
Sabah bu ərazilərdə su olmayacaq
15 Noyabr 2026 - 19:48
Prezident radio və televiziya işçilərini təbrik etdi
15 Noyabr 2026 - 22:01
Prezidentin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur - RƏSMİ
15 Noyabr 2026 - 11:07
İlham Əliyev Mahmud Abbası təbrik etdi
15 Noyabr 2026 - 10:20
Azərbaycan XİN Fələstini təbrik etdi
15 Noyabr 2026 - 09:00
Rəşad Məcidə AĞIR İTKİ
15 Noyabr 2026 - 01:30
Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
15 Noyabr 2026 - 12:45
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
15 Noyabr 2026 - 12:25
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
15 Noyabr 2026 - 00:30
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
15 Noyabr 2026 - 13:02
Arda Gülərin yeni maaşı məlum oldu
15 Noyabr 2026 - 11:49
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu
Xəbər xətti
- 15 Noyabr 2026
- 23:56 Suriya və Livan sərhəddə sabitliyin möhkəmləndirilməsi üçün tədbirlər görəcək
- 23:17 Putinin nəvəsinə Zelenski soyadı qadağan edildi
- 22:49 2 milyon barel neft daşıyan tanker batdı
- 22:25 Sumqayıtda güclü külək - Yaşayış massivi işıqsız qaldı
- 22:01 Prezidentin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur - RƏSMİ
- 21:59 Qonşu ölkədə xaricdən maşın gətirənlərə qarşı ağır zərbə – 2027-dən yeni qayda
- 21:40 Estoniya Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlayır
- 21:15 ABŞ qırıcılarını Yaponiyaya yerləşdirdi
- 20:57 Bu ölkəyə gedən azərbaycanlılar üçün YENİLİK
- 20:34 Putin Si və Putinlə bunu müzakirə edəcək
- 20:01 "Ümummilli Liderin Azərbaycan teleradiosuna diqqət və qayğısı bu sahənin inkişafında xüsusi yer tutur"
- 19:48 Prezident radio və televiziya işçilərini təbrik etdi
- 19:37 9 mərtəbəli binada əməliyyat - Uşaq xilas edildi
- 19:11 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub
- 18:57 Hörmüzdə tankerlər minaya düşdü
- 18:43 Bakıda və bölgələrdə külək güclənir
- 18:23 Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
- 18:06 Ağstafada sursat partlayışı nəticəsində 1 nəfər ölüb - Xəsarət alan var
- 17:59 İran parlamenti ABŞ-la danışıqların başa çatdığını açıqladı
- 17:44 Naxçıvanda qadınları yasa aparan avtobus aşdı - 11 yaralı var
- 17:39 Həyətində hovuz tikmək istəyirdi, xəzinə tapdı
- 17:16 Sabahın havası ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
- 16:56 Aya və Marsa uçmağa namizədlər axtarılır - 164 min dollar maaş
- 16:48 11 ildən sonra meydana çıxdı
- 16:23 Söyüdlü ilə bağlı yayılan iddialara rəsmi cavab - “Tamamilə əsassızdır”
- 16:19 Gözlənilməz söhbət tənhalıq hissini azalda bilər - Yeni tədqiqat
- 15:58 Holand bir oyunda 52 illik rekordu qırdı
- 15:36 Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
- 15:16 Həkimlərin sayına görə ölkələrin reytinqi - SİYAHI
- 15:00 Bayden Zelenski haqda danışdı - Məyusdur
- 14:53 Qazaxda həyətyanı sahədə yanğın - 3 ton ot bağlaması yandı
- 14:47 Qayınata bu yazıya görə toy günü bəyi döydü
- 14:37 Fransa etirazların öhdəsindən gələ bilmir - Bir günə 219 həbs
- 14:22 Zaur Mikayılov Naxçıvana səfəri çərçivəsində bir sıra inzibati binalara baxış keçirdi - FOTOLAR
- 14:05 İranın Trampa qarşı sui-qəsd cəhdi planlaşdırdığı bildirilir - KİV
- 13:41 Bəstəkar Arif Mirzəyevlə vida mərasimi keçirilir
- 13:30 Sabah bu ərazilərdə su olmayacaq
- 13:02 Arda Gülərin yeni maaşı məlum oldu
- 12:45 Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
- 12:25 ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
- 12:07 Sabahdan bu binalara istilik verilməyəcək
- 11:49 Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu
- 11:30 Həmin klublar haqda qərar verildi
- 11:07 İlham Əliyev Mahmud Abbası təbrik etdi
- 10:49 Bu ərazidə 5 zəlzələ baş verdi
- 10:30 "Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir" - Kamaləddin Qafarov
- 10:20 Azərbaycan XİN Fələstini təbrik etdi
- 09:55 Mayami hava limanında iki təyyarə toqquşdu
- 09:36 İranda ağır qəza - 11 nəfər öldü, 19 nəfər yaralandı
- 09:17 Egey dənizində zəlzələ oldu
- 09:00 Rəşad Məcidə AĞIR İTKİ