Bu klinikanın lisenziyası dayandırıldı

09:55 - 09 Aprel 2024

Bu klinikanın lisenziyası dayandırıldı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin birinci rübü ərzində özəl tibb müəssisələrində 32 planlı yoxlama, 55 plandankənar yoxlama və 8 araşdırma keçirilib. 

 

Manset.az nazirliyə istinadən xəbər verir ki, bu yoxlamalar zamanı özəl tibb müəssisələrində aşkar edilən qanun pozuntuları ilə əlaqədar 46 protokol tərtib edilib. 

Bu müddət ərzində 1 özəl tibb müəssisəsində – “Medicare Klinikası” MMC -də lisenziyadan kənar fəaliyyət aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmaması səbəbindən Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az