Masallı sakinində narkotik aşkarlandı - FOTO

11:50 - 09 Aprel 2024

Masallı sakinində narkotik aşkarlandı - FOTO

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinində 10 kiloqram narkotik aşkarlayıblar.

 

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Manset.az-a məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Valeh Xudaverdiyev saxlanılıb. Onun əlindəki çuvaldan 10 kiloqramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə V.Xudaverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az