logo
logo logo
logo

DİN Neftçalada əməliyyat keçirdi: 7 nəfər saxlanıldı - FOTO

09:42 - 10 Aprel 2024

DİN Neftçalada əməliyyat keçirdi: 7 nəfər saxlanıldı - FOTO

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 7 nəfər saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, həmin şəxslərdən 8 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə - heroin, tiryək, metamfetamin və marixuana götürülüb.

Bundan əlavə, rayon ərazisində aksiz markasız tütün məmulatlarının satışı ilə məşğul olan iki nəfər də müəyyən edilib.

Həmçinin, qeyd edilən müddət ərzində aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 1-i yivli olmaqla 14 odlu silah aşkar olunub.

Faktlarla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az