Daha 1 tiktoker saxlanıldı - YENİLƏNDİ

19:33 - 11 Aprel 2024

Daha 1 tiktoker saxlanıldı - YENİLƏNDİ

Tiktokçu Ləman da saxlanılıb.

 

Manset.az  musavat.com-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə Tiktokda "Ləman41" adı ilə tanınan Ləman Vəliyeva saxlanılıb.

Buna səbəb isə eynidir. Canlı yayınlar zamanı, milli adət-ənənəyə, etik normalara uyğun olmayan davranış qaydaları.

***15:59

Qeyri-etik paylaşımlar edən “Roşka” ləqəbli Rövşən Süleymanov məhkəmənin qərarı ilə 20 sutka inzibati qaydada həbs edilib.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

10:23

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, “Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbli Rövşən Süleymanov saxlanılıblar.

Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib.

R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcəkdir.

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az