Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib - FOTO

20:14 - 16 Aprel 2024

Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib - FOTO

Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib.

 

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Manset.az-a  verilən məlumata görə, Cəlilabad rayon sakini olan bir nəfər babasından qalmış bir ədəd “İJ-26” markalı ov tüfəngini könüllü şəkildə polisə təhvil verib.

Bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayon sakinləri bir ədəd “AK-74” markalı avtomat silahını, 28 ədəd patronu və üç ədəd ov tüfəngini könüllü şəkildə polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az