39 uşaq öz ailələrinə qaytarıldı

17:54 - 01 May 2024

39 uşaq öz ailələrinə qaytarıldı

Ötən il 141, bu ilin ilk rübündə 35 uşağın övladlığa götürülüb.

 

Manset.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında nazir Sahil Babayev bildirib

Nazir deyib ki, reinteqrasiya tədbirləri nəticəsində 2023-cü ildə 177, cari ilin 3 ayında 39 uşağın sosial xidmət müəssisələrindən öz bioloji ailələrinə qaytarılıb.

Habelə sosial dəstək mexanizmlərindən istifadə olunmaqla və maarifləndirmə tədbirləri ilə bu ilin yanvar-mart aylarında 62 uşağın ailələrindən dövlət uşaq müəssisələrinə verilməsinin qarşısının alındığı qeyd olunub.

Hazırda 50-dən çox sosial ödəniş növünün təyinatının elektron sistemlər üzərindən proaktiv qaydada aparıldığı bildirilib. Uşaqlara görə erkən pensiya hüququ olan şəxslərə pensiya təyinatının da proaktivləşdirilməsinin nəzərdə tutulduğu, bununla bağlı qanuna dəyişiklik layihəsinin hazırlandığı diqqətə çatdırılıb. İki və daha artıq pensiya növünə hüququ olan şəxsə bu pensiyalardan ən yüksək məbləğdə olanının proaktiv təyin edilməsi mexanizminin də hazırlanacağı vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az