"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO

12:06 - 03 May 2024

\"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır\" - VİDEO

Aşıq Əli Tapdıqoğlu "Söhbət var" verilişində qonaq olub.

 

Manset.az Axşam.az-a istinadən xəbər verir ki, o, həmkarlarının aşıq sənətini təbliğ etməsindən narazılığını bildirib.

"Bügünkü gündə muğamda olan xalq mahnıları aşıq musiqisindən gəlir. Günah aşıqlarımızdadır. Bunu medianın, insanların üstünə atmayaq. Çünki efirlərdə təbliğini etmirlər. Çağırırlar ifa etməyə sazla başqa-başqa, atası-anası bilinməyən havalar, musiqilər çalırlar. Camaatdan nə narazılıq edə bilərsən ki? Əgər saz sinəndədirsə, onun havası çalınmalıdır. Saza yaxın olmayan havaların çalınması ayıbdır. 

Restoranlarda çalıb oxuya-oxuya masaya yaxınlaşmaq təkcə aşıqlarda deyil. Bu, xanəndələrdə, meyxanaçılarda da var. Sadəcə bu aşıqlarda qabarıq şəkildədir. Ən çox onlar gözə dəyir. Arzu edirəm ki, Allah onlara çörək qapısı açsın, buna ehtiyacı olmasın. Getsin başqa bir işlə məşğul olsun, ya da toyları olsun, o cür restoranlarda oturmasınlar" deyə, Əli vurğulayıb.  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az