logo
logo logo
logo

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edildi

11:57 - 14 May 2024

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edildi

Bu ilin ilk rübü ərzində Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib.

 

Bu barədə Manset.az-a  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, yanvar-aprel aylarında ümumilikdə 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Onlardan 58,5 min nəfəri münasib işlərlə təmin edilib, 1,3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Eyni zamanda Agentlik 5,6 min işsiz şəxsi peşə hazırlığı kurslar təşkil edib, 75 min şəxsə isə peşəyönümlü xidmətlər göstərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az