“Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı qürur səhifələrindən biridir. Dövlət müstəqilliyimizin bərpa olunmasından sonra keçən ilk iki il ərzində ölkəmizin üzləşdiyi ciddi iqtisadi problemlər getdikcə qarşısıalınmaz xaotik proseslərin başlanmasına yol açmışdı. Bu vəziyyət isə öz növbəsində, respublikada hakimiyyəti ələ keçirmiş səriştəsiz və məsuliyyətsiz qrupların dağıdıcı fəaliyyətləri ilə uzlaşaraq ölkəni siyasi böhrana gətirib çıxarmışdı. Vətəndaş müharibəsi, ölkənin bir neçə kiçik marionet dövlətlərə parçalanması və Azərbaycanın vahid suveren ölkə olaraq dünyanın siyasi xəritəsindən silinməsi xalqı gözləyən real perspektivlər idi”.
Bu sözləri mətbuata 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat xatırladıb ki,belə bir ağır məqamda Azərbaycan xalqı yeganə düzgün qərar qəbul edərək öz taleyini Heydər Əliyevə etibar etdi. “ Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqının parçalanması, Azərbaycan dövlətçiliyinin məhvi, Azərbaycan iqtisadiyyatının dağılması proseslərini dayandırmağa nail oldu. Beləliklə, 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dönüşü və iyunun 15-də Respublikanın Ali Sovetinin Sədri vəzifəsinə seçilməsi ilə ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələyə keçid dövrü başlandı.”
K.Qafarov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə dövlət müstəqilliyimizi gərgin səyləri bahasına qoruyub-saxladığı kimi, sovetlər dönəmində də bu müstəqilliyin ideoloji-siyasi əsaslarını hazırlamaq üçün uzun illər boyunca məqsədyönlü fəaliyyət göstərmişdir: “Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki tarixi dövrdə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması məqsədilə tarixi əhəmiyyət kəsb edən işlər görülmüşdür. 1969-cu ilədək SSRİ-nin tərkibində ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya olan Azərbaycan həmin ilin iyul ayında- Heydər Əliyevin respublika rəhbərliyinə seçilməsindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər nəticəsində sürətli inkişaf yoluna çıxdı. Ulu Öndər siyasi hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində mühüm addımlar atmağa başladı. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruculuğunda həmin lisey ən ciddi faktor rolunu oynadı. Qeyd olunmalıdır ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin bir qismi də məhz həmin liseyin yetirmələri oldular. 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar idi.”
K.Qafarov bu gün ölkəmizin əldə etdiyi parlaq qələbələrin əsasında məhz Heydər Əliyev ideyalarının durduğunu da qeyd edib: “Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan hərtərəfli və sürətli inkişaf mərhələsini yaşamaqdadır. Dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasət strategiyası Azərbaycanın getdikcə qüdrətlənməsini effektiv şəkildə təmin edir. Son 21 il ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, dünya ölkələri arasından tutduğu mövqeyinə və sahib olduğu nüfuzuna görə güclü, qüdrətli bir dövlətə çevrilib. Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində, dünyada və Avropada etibarlı tərəfdaş və nüfuzlu söz sahibi kimi tanınır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ən mühüm məqam isə budur ki, Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi. Keçən il isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu. Ulu Öndərin hər zaman məhz belə görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan öz xilaskar oğlunu daim qəlbində yaşadacaq” .
“Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib” - Kamaləddin Qafarov
11:46 - 15 İyun 2024
Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər
13 Dekabr 2025 - 23:42
Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: “Deyirlər, 2 dəfə olub” - VİDEO
13 Dekabr 2025 - 21:14
Bu tarixdə Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
13 Dekabr 2025 - 19:57
Bəzi ərazilərdə güclü külək əsir - Faktiki hava
13 Dekabr 2025 - 19:43
3 gün əvvəl Kürdə batan şəxsin meyiti tapıldı
13 Dekabr 2025 - 18:46
Anar Bağırov Azərbaycanın Rumıniyadakı səfirliyini ziyarət etdi - FOTO
13 Dekabr 2025 - 17:52
"P-Aqro” MMC onlarla fermerin pambığını alıb, pulunu vermir - Vətəndaşlardan ŞİKAYƏT
13 Dekabr 2025 - 17:29
Astarada itkin düşən balıqçıların axtarışı davam etdirilir - VİDEO
13 Dekabr 2025 - 16:22
45 dəqiqə ürəyi dayanan və həyata qaytarılan qadının son vəziyyəti - AÇIQLAMA
13 Dekabr 2025 - 15:00
Azərbaycandakı rəsmi işsizlərin sayı açıqlandı
13 Dekabr 2025 - 14:45
Könül Vəlibəylinin qızı xəstəxanadan nə vaxt evə buraxılacaq? - AÇIQLAMA
13 Dekabr 2025 - 14:18
Bu müəssisələr qarşısına yeni tələb qoyuldu - QƏRAR
13 Dekabr 2025 - 14:00
Sudan səmərəli istifadə üsulları müzakirə olundu - Fotolar
Xəbər xətti
- 14 Dekabr 2025
- 00:30 Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
- 13 Dekabr 2025
- 23:58 Tovuzda 29 yaşlı piyadanı maşın vurdu
- 23:42 Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: “Deyirlər, 2 dəfə olub” - VİDEO
- 23:26 Rusiya Qara dənizdə Türkiyəyə məxsus gəmiyə zərbə endirdi
- 23:07 “Qalatasaray” qələbə qazandı
- 22:58 Biləsuvarda sürücü 15 yaşlı qohumunu vurdu
- 22:43 Azərbaycan “Uşaq Avroviziyası”nda 15-ci oldu - VİDEO
- 22:26 “Qurban Qurbanovdan incimişəm" - Ağadadaş Ağayev
- 22:10 Erməni spiker iştirakçımıza uğurlar arzuladı - VİDEO
- 21:47 Qazaxda 2 avtomobil toqquşdu - Yaralılar var
- 21:32 Xəzər dənizində zəlzələ oldu
- 21:14 Bu tarixdə Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
- 20:54 Suriyada amerikalı hərbçilər güllələndi
- 20:31 Azərbaycanda gəlin qayınanası və baldızını qaynar çayla yandırdı
- 20:16 “Uşaq Avroviziyası 2025” müsabiqəsinin finalı başladı
- 19:57 Bəzi ərazilərdə güclü külək əsir - Faktiki hava
- 19:43 3 gün əvvəl Kürdə batan şəxsin meyiti tapıldı
- 19:26 Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat - VİDEO
- 19:17 Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanıldı
- 18:53 "Sabah" "Turan Tovuz"u məğlub etdi
- 18:46 Anar Bağırov Azərbaycanın Rumıniyadakı səfirliyini ziyarət etdi - FOTO
- 18:31 Hamamda yıxılan 67 yaşlı qadın öldü
- 18:14 Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanıldı
- 17:52 "P-Aqro” MMC onlarla fermerin pambığını alıb, pulunu vermir - Vətəndaşlardan ŞİKAYƏT
- 17:37 Adil Kərimli BMT-nin UNAOC Qlobal Forumunda iştirak edir - FOTO
- 17:29 Astarada itkin düşən balıqçıların axtarışı davam etdirilir - VİDEO
- 17:12 Axtarışda olan 260 nəfər saxlanıldı
- 16:54 Azərbaycanla Tailand arasında ilk siyasi məsləhətləşmələr keçirildi
- 16:39 Gəncədə qadın dəm qazından zəhərləndi
- 16:22 45 dəqiqə ürəyi dayanan və həyata qaytarılan qadının son vəziyyəti - AÇIQLAMA
- 16:10 "Zirə" "Şamaxı"ya məğlub oldu
- 15:59 Xəstəxanadan 27 yaşlı qadının abortdan sonra ölməsi ilə bağlı iddiaya CAVAB
- 15:41 "Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil" - Ərdoğan
- 15:29 9 kiloqram narkotik satmaq istəyənlər həbs olundu
- 15:14 Yük maşını yaşlı qadını vurdu
- 15:00 Azərbaycandakı rəsmi işsizlərin sayı açıqlandı
- 14:45 Könül Vəlibəylinin qızı xəstəxanadan nə vaxt evə buraxılacaq? - AÇIQLAMA
- 14:35 Arda Gülərin pərəstişkarlarına ÜZÜCÜ XƏBƏR - Xabi Alonso hərəkətə keçdi
- 14:18 Bu müəssisələr qarşısına yeni tələb qoyuldu - QƏRAR
- 14:00 Sudan səmərəli istifadə üsulları müzakirə olundu - Fotolar
- 13:45 Bu şəxslər də gələn ildən daha çox vergi ödəyəcək
- 13:25 Daha bir klub Elvin Cəfərquliyevə "elçi düşdü"
- 13:10 "İPhone" sahibləri risk altında - Parolu yazanlar cihazını itirir
- 12:57 Leyla Əliyeva Lənkəran səfərindən paylaşım edib
- 12:50 DİN silah-sursat aşkar etdi
- 12:45 Hava kəskin soyuyacaq - XƏBƏRDARLIQ
- 12:40 Gəncədə qadın itkin düşdü - FOTO
- 12:25 73 yaşlı Putinin sağlam qidalanma sirri - Hər səhər bunu yeyirmiş
- 12:05 Bakıda məşhur bazar niyə sökülür?
- 11:50 Məşhur serialda “Tərəkəmə” oynadılar - Video
- 11:33 Nərgiz Məhəmmədi yenidən saxlanıldı