Aİ Rusiyaya qarşı sanksiyaların 6 ay müddətinə uzadılmasına razılaşdı

14:09 - 17 İyul 2024

Aİ Rusiyaya qarşı sanksiyaların 6 ay müddətinə uzadılmasına razılaşdı

Avropa İttifaqı ölkələrinin Daimi Nümayəndələr Komitəsi 2014-cü ildə təşkilatın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların daha altı ay müddətinə, 2025-ci ilin yanvar ayının sonuna qədər uzadılması barədə razılığa gəlib.


Manset.az xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-dəki diplomatik mənbə bildirib.

“Aİ səfirləri təşkilatın Rusiyaya qarşı iqtisadi sanksiyalarının altı ay müddətinə uzadılması ilə bağlı razılığa gəliblər”,- o qeyd edib.

Məlumata görə, bu qərar rəsmi olaraq iyulun 22-də Aİ xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az