Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanını ballistik raketlə hədəfə aldıqlarını bildiriblər.
Mansetaz xarici mediaya istinadən xəbər verir ki, raketin hava limanına dəydiyi iddia olunur.
Husilərin hərbi sözçüsü Yəhya Səri açıqlamasında Kral Xalid Hava Limanına ballistik raketlə hücum etdiklərini bildirib. O, raketin “dəqiq şəkildə hədəfə çatdığını” və hava limanında aviareyslərin hərəkətində fasilələrə səbəb olduğunu iddia edib.
Səri dünyanın bütün aviaşirkətlərinə Səudiyyə Ərəbistanının hava məkanında uçuşları davam etdirməyin mümkün nəticələri ilə bağlı sonuncu dəfə xəbərdarlıq edib.