Tanzaniyanın Serengeti Milli Parkından havaya qalxan 30 nəfərlik safari təyyarəsi uçuş zamanı zebraya çırpılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, daha sonra eniş qurğusunda yaranan nasazlıq səbəbindən təyyarə Kilimancaro hava limanına gövdəsi üzərində məcburi eniş edib.
Hadisədən sonra təyyarənin eniş qurğusunda nasazlıq yaranıb. Pilotlar təyyarəni Kilimancaro Beynəlxalq Hava Limanına yönəldərək gövdəsi üzərində təcili eniş həyata keçiriblər.
Tanzaniya mətbuatının məlumatına görə, Sindbard Air aviaşirkətinə məxsus Embraer EMB-120 Brasilia tipli təyyarədə 26 sərnişin və 4 ekipaj üzvü olub. Onların hamısı hadisədən xəsarət almadan xilas olub.
Zebra isə tələf olub.
Tanzaniya Təyyarə Qəzalarını Araşdırma Bölməsi hadisə ilə bağlı araşdırmaya başlayıb.