logo
logo logo
logo

“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan

21:53 - 06 Oktyabr 2026

“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan

“Cinayət işimizlə bağlı proseslər Ermənistanda həyata keçiriləcək. Hələlik sərhədi keçərək Şakidə saxlanılan Azərbaycan hərbçisi Ermənistanda qalacaq. İstintaq davam edir və o, hazırda həbsdədir”.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan danışıb.

“Bunlar ayrı-ayrı məsələlərdir. Əvvəllər də oxşar hallar baş verib. Sərhədi keçən hərbçilərlə bağlı proseslərə və onların qaytarılması məsələsinə digər bütün işlərdən ayrı yanaşmaq barədə razılığımız var”, - deyə Paşinyan Azərbaycan hərbçisinin Bakıda saxlanılan erməni məhbuslarla dəyişdirilməsi planının olub-olmaması ilə bağlı suala cavabında bildirib.

“Təsəvvür edin ki, onlara deyirik, “Həmin hərbçini təhvil verə bilməyimiz üçün bizə məhbuslardan birini verin”. Bəs sabah hansısa əsgərimiz onlar tərəfə keçsə, kimi təhvil verəcəyik?” – deyə o əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az