Konqo Demokratik Respublikasında (KDR) mayın 15-də elan edilən Ebola epidemiyası nəticəsində həyatını itirənlərin sayı 4 178-ə yüksəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, KDR Səhiyyə Nazirliyinin son məlumatlarına görə, 7 əyalətin 64 rayonunu əhatə edən epidemiya zamanı təsdiqlənmiş yoluxma hallarının sayı 8 665-ə, ölənlərin sayı isə 4 178-ə çatıb.
Epidemiya nəticəsində 2 259 nəfər sağalıb. Ölüm nisbəti 48,2 faiz, təmasda olan şəxslərin müşahidə altında saxlanılması göstəricisi isə 80,4 faiz olaraq yenilənib.
Son 24 saat ərzində daha 24 xəstə sağalaraq evə buraxılıb.