Rusiyanın Sibir bölgəsində yerləşən İrkutsk şəhərində vəba üzrə tədqiqat institutunda çalışan 28 yaşlı Daria Şipilovanın ölümü vəba ilə bağlı narahatlığı artırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, g ənc tədqiqatçının xəstəliyə laboratoriyada deyil, apardığı çöl tədqiqatı zamanı yoluxmuş ola biləcəyi ehtimal edilir. Onun araşdırma zamanı çöl sincabları və bu heyvanların üzərindəki birələrlə təmasda ola biləcəyi irəli sürülür.
İrkutsk Vəba Tədqiqat İnstitutunda çalışan Şipilovanın ölümündən sonra təxminən 200 nəfər karantinə alınıb. Bununla belə, Rusiya rəsmiləri bölgədə təsdiqlənmiş vəba halının olmadığını açıqlayıblar.
Aparılan müayinələr zamanı təmasda olan şəxslərin bəzilərində tənəffüs yolları infeksiyaları aşkarlansa da, vəba xəstəliyinə dair hər hansı əlamət müəyyən edilməyib.